Nazir oğlunun əmlak savazıyla bağlı məhkəməsi bitdi

img

19-03-2012 [01:26]


Sənaye və energetika naziri Natiq Əliyevin oğlunun payçısı olduğu "Xətai Tikinti Mexanizasiya" ASC ilə ?Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti? MMC və ?Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi?i arasında məhkəmə qalmaqalı sülhlə bitib. Xatırladaq ki, hər iki təşkilat ASC-nin hərraca çıxarılmış əmlaklarını ucuz qiymətləndirməkdə və satışını həyata keçirməkdə ittiham olunub. Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, ?Xətai Tikinti Mexanizasiya? ASC-nin rəhbərləri hərraca çıxarılmış əmlakların qiymətləndirilməsi və satışını həyata keçirən ?Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti? MMC ilə ?Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi?ni məhkəməyə vermişdi. ASC cavabdehlərdən hərrac və hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsini tələb edirdi: ?Lakin ?Xətai Tikinti Mexanizasiya? ASC-nin hər iki təşkilata qarşı qaldırdığı iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən rədd olunub. ASC rəsmiləri də bu qərarla razılaşmayıb, apellyasiya şikayəti vermişdilər. Bir neçə gün əvvəl isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyeva şikayət üzrə qərarını elan edib. Daha dəqiqi, tərəflər öz aralarında razılaşdıqlarından proses sülhlə bitib. İddiaçı tərəf şikayətindən imtina edib, qarşı tərəf isə əmlakın satışı ilə bağlı icraatları dayandırıb?. Xatırladaq ki, nazir Natiq Əliyevin oğluna məxsus ?Qold İnvest" MMC-nin adıçəkilən ASC-də 10 faizlik payı var. Bundan əlavə, Natiq Əliyev ARDNŞ prezidenti işlədiyi zamanlar sözügedən ASC dövlət şirkətinin əsas layihələrində iştirak edib. Lakin Rövnəq Abdullyaevin ARDNŞ-ə rəhbər təyin olunmasından sonra "Xətai Tikinti Mexanizasiya" ASC-nin ?qara günləri? başlayıb. ASC-nin ARDNŞ və ?Azəriqaz?la borc üstündə bir sıra məhkəmə mübahisələri də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA