?Mədən sənayesində zəffaflığın artırılması? mövzusunda dəyirmi masa

img

19-03-2012 [11:13]


Plazada ?Mədən sənayesində şəffaflığın artırılması? (MSŞA) Koalisiyasının Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək ?Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Hesabatlılığın Artırılması? layihəsinin ?3.2. Bakıda ziyalılar, ictimai nüfuza malik, lakin müxtəlif mövqeyə malik şəxslərin (xüsusən bu sahə ilə işləməyən adamlar- yazıçılar, şairlər, alimlər, jurnalistlər, rəssamlar və s- nin) iştirakı ilə Dəyirmi Masaların təşkili? istiqaməti üzrə birinci dəyirmi masa keçirildi. Dəyirmi masanı ?Demokratik İnkişaf Platforması? ictimai birliyinin sədri Əli Quliyev açdı və Mədən sənayesindən əldə edilən gəlirlərə ictimai nəzarətin səviyyəsinə aid mövcud durum, bu sahədə ziyalıların, o cümlədən yazıçı sözünün əhəmiyyəti və çəkisi və s. barədə qısa məlumatdan sonra sözü tədbirin ekspertinə verdi. Dəvətlilərin əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan bu dəyirmi masada EİTİ-nin, EİTİ Azərbaycan ? MSŞT Koalisiyasının yaranma zərurəti, prinsipləri, inkişafı, məqsədləri, Neft Fondunun gəlirləri və neft və qaz gəlirlərindən istifadənin əsas istiqamətləri, Neft Fondunda toplanmış ictimai vəsaitlərin xərclənməsində şəffaflıq problemləri və s. məsələlərə aid ekspert İlqar Hüseynli tərəfindən geniş məlumatlandırma işi aparıldı. Sonra mövzu ətrafında müzakirələr aparıldı. Dəyirmi masa iştirakçılarından Aydın Uluxanlı, Zahid Sarıtorpaq, Tofiq Qaraqaya, Həmzəli İlyas, Yavuz Cəlil, Şahlar Ruhi, Tofiq Ələkbərov və başqaları müzakirəyə qoşularaq, mədən sənayesindən əldə edilən gəlirlər, ondan istifadədə şəffaflığın səviyyəsi və bu istiqamətdə hesabatlılığın mövcud durumu, bu sahəyə aid ictimai nəzarətin təşkili istiqamətində qələm sahiblərinin rolu və vətəndaşlıq vəzifələri və s. barədə fikirlərini söylədilər və bir sıra dəyərli təkliflər səsləndirdilər. Dəyirmi masada MSŞA Koalisiyasının şura üzvü və mətbuat xidmətinin rəhbəri Nicat Dağlar və MSŞA Koalisiyası Monitorinq Qrupunun üzvü Lətafət Məlikova iştirak edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA