Ramil Usubov vətəndazları qəbul edib

img

17-03-2012 [03:41]


Bu gün daxili işlər naziri Ramil Usubov Abşeron Rayon Polis Şöbəsində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının bir qrup sakinini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir vətəndaşların müraciətlərini və şikayətlərini dinləyib. Onların təxirə salınmadan, operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 20 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA