Risk qrupu nümayəndələri ilə görüz keçirildi

img

17-03-2012 [12:19]


?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyinin ofisində Açıq Cəmiyyət İnstitunun maliyyələşdirdiyi Riskli Davranış Tətbiq Edən Qadınların Qarşılıqlı Yardım Üçün Yardım Mərkəzi layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə hədəf qrupu ilə onları maraqlandıran hüquqi problemlər, risk qrupu nümayəndələrindən hüquq müdafiəçisi hazırlanılması haqda müzakirə aparılmışdır. Nəzərə alsaq ki, risk qrupu nümayəndələrinin hüquqlarını müdafiə etmək üçün hüquq müdafiəçisi problem olaraq qalır. Görüşdə qeyd edildi ki, hədəf qrupu nümayəndələrinin mütəmadi olaraq hüquqi maarifləndirilməsini təmin etmək risk qrupu ilə yanaşı məhkəmə və hüquq mühafizə orqanlarının, eləcə də onlarla əməkdaşlıq edən qeyri-hökümət təşkilatlarının işini asanlaşdırır. Müzakirədə hüquqi məsələlərdən başqa, risk qrupu nümayəndələrinin psixoloji yardımla davamlı olaraq təmin olunması, cəmiyyətdə onların özlərini atılmış, yad hiss etməməsi, iş həyatına atılmaları üçün onlarla davamlı olaraq söhbətlərin aparılması müzakirədə əsas mövzu kimi işlənildi. Görüşün yekun nəticəsi olaraq təşkilatın sədri Mehriban Zeynalova bildirdi ki, hədəf qrupu ilə maairfləndirici görüşlər cəmiyyətdə işçi qüvvəsinin artımına, sağlam düşüncəli, hüququnu bilən vətəndaşların sayının çoxalmasına rəvac verir. Risk qrupu nümayəndələri ilə vaxtaşı aparılan söhbətlər zamanı hər dəfə aydın olmuşdur ki, onların ən çox işlə təmin olunmağa ehtiyacı var. Təşkilat biznes sektora vakansiyalarla bağlı məktublar göndəirb 20 dən çox qadın üçün iş yeri müəyyənləşdirib. Görüşdə həmin vakansiyalar iştirakçılara təqdim olunub. İş yerlərini ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi ilə əməkdaşlıq edən ?Qanun Hüquq? Servis adlı firma təqdim etmişdir. ?Təmiz Dünya? təşkilatı bu istiqamətdə il ərzində kifayət qədər çoxsaylı görüş və seminarlar planlaşdırır. Bu görüşlərin effektivliyini artırmaq, maraq dairəsini genişləndirmək üçün bu kimi görüş və tədbirlərdə tanınmış ictimai xadimlərin iştirakı təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA