Mehriban Əliyeva iclas keçirdi

img

16-03-2012 [10:03]


Martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ?Eurovision?2012? mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin növbəti iclası olub. İclasda Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirdi. Azərbaycanın birinci xanımı ?Eurovision-2012? mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapmış, amma bununla belə icrası vacib bəzi məsələlər də vardır. ?Eurovision-2012? mahnı müsabiqəsinə iki aydan az vaxtın qaldığını deyən Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qeyd etdi ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdır. Sonra Təşkilat Komitəsinin üzvlərinin ?Eurovision-2012? mahnı müsabiqəsinin keçirilməsi üzrə görülən işlər barədə məlumatları dinlənildi. Bildirildi ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndirmişlər. Martın 19-20-də 42 ölkənin nümayəndəsi Bakıda toplaşacaq və müsabiqə ilə bağlı hazırlıq işləri ilə tanış olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA