Rektor Şəmsəddin Hacıyevin ölüm təhdidi ilə üzləzən professora təminat verildi

img

16-03-2012 [05:58]


Dövlət İqtisad Universitetinin professoru, ötən ilin noyabr ayının əvvəllərinə qədər sözügedən universitetin rektoru Şəmsəddin Hacıyevin müşaviri və kafedra müdiri vəzifələrində işləmiş Bədirxan Musayev, bu gün Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizliyinə tam təminat alıb. Professor Bədirxan Musayev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, xeyli vaxtdır universitetin rektoru, deputat Şəmsəddin Hacıyevin təhdidləri ilə üzləşib: ?Rektorun qanunsuz əməlləri və göstərişlərinə şərik olmadığım üçün məni universitetdə sıxışdırmağa başladı. Məcbur qalıb, cənab prezidentimizə müraciət etdim. Rektor bundan sonra daha da aqressivləşib, məni qanunsuz olaraq həm müşavir, həm də kafedra müdiri vəzifələrindən uzaqlaşdırdı. Hətta bununla kifayətlənməyib, əsassız fikir və məlumatlarla kollektivə təzyiqlər edib, onlardan xaraktercə zəif olanları mənim əleyhimə də qaldırdı. Rektor o qədər harınlayıb ki, hətta universitetdə mənim əleyhimə iclaslar keçirdib, bəzi saxta və əsassız protokollar da tərtib etdirib. Onun birbaşa göstərişi ilə ötən ilin noyabr ayının 1-də tərtib olunmuş protokolda ətrafı tərəfindən açıq şəkildə ölümlə təhdid edilmişəm. Vaxtilə elmi rəhbəri olduğum bir şəxsi də mənim əleyhimə qaldırıblar və ona ?sən kişi deyilsənmi? Niyə Bədirxan Musayevin cavabını vermirsən? Ya get öz başına, ya da Bədirxan Musayevin başına bir güllə vur?,- kimi ifadələri rəsmi protokolda qeyd ediblər. Təbii ki, rektorun əlaltıları vasitəsi ilə öz həyatıma təhlükə gördüyüm üçün cənab prezidentə rəsmi müraciət etdim. Sağ olsun, prezidentimizi! Müraciətimi tədbir görmək üçün Daxili İşlər Nazirliyinə göndərib. Bu gün həmin nazirlikdə məni müavinlərdən biri qəbul edib, çox səmimi şəkildə durumu öyrəndi və təhlükəsizliyimin nəzarətdə olduğunu bildirdi. Əmin etdilər ki, təhdidlər söz olaraq qalacaq. Artıq terror təhlükəsindən sığortalanmışam ?. Professor deyib ki, rektorun ona qarşı qanunsuzluqları hazırda məhkəmə müstəvisində də araşdırılır: ?Onlar da məni əsassız iddialarla məhkəməyə veriblər. Guya onları təhqir etmişəm. Mən də həm işdən qanunsuz çıxarılmağım, həm də mənə qarşı edilən təhdidlərlə bağlı məhkəmələrdə iddia qaldırmışam. Təəssüf ki, hələlik məhkəmələr rektorun qarşısında aciz davranırlar. Amma proses davam edir və əminəm ki, həqiqət qalib gələcək? Sonda müsahibimiz Şəmsəddin Hacıyevin və onun ətrafının qanunsuzluqları, həmçinin 1937-ci illərin ab-havasına uyğun olaraq tərtib olunmuş sensasiyalı rəsmi sənədlərin bir nüsxəsini də əməkdaşımıza təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA