Gömrükçülərə üç aydır maaz verilmir

img

16-03-2012 [04:14]


Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları aylıq vəzifə maaşlarına edilmiş əlavələri artıq üçüncü aydır ala bilmirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DGK-də çalışan və adının çəkilməsini istəməyən şəxs məlumat verib. Məlumatda bildirilir ki, ötən ilin fevral ayının 25-də prezident İlham Əliyevin Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə bəzi tədbirləri nəzərdə tutan fərman imzalayıb: ?Həmin fərmana görə, DGK-nin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi DGK-nin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunmalı idi. Həmin fərmandan irəli gələn öhdəlikləri isə DGK-nin rəhbərliyi yalnız ötən ilin dekabrına kimi icra edib. Ötən ilin dekabrından bu günə kimi DGK-nin əməkdaşları vəzifə maaşlarına edilmiş əlavələri ala bilmirlər?. Onu da qeyd edək ki, DGK-inin əməkdaşları arasında həmin pulların ?Eurovision? mahnı müsabiqəsinə hazırlıq işlərinə sərf olunması haqqında şayiələr yayılıb. DGK rəsmilərinin məsələyə münasibətini öyrənmək isə mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA