16-03-2012 [04:08]
Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov rayon icra hakimiyyətinin yaydığı bəyanatda adının narazılıqların təşkilatçısı kimi çəkilməsinə etirazını bildirib.
Müstəqil İnformasiya Agentliyinə zəng edən M.Baxışov ölkənin xəbər portallarında, həmçinin ?Ədalət? qəzetində dərc olunan RİH-in bəyanatında yer alan məlumatların tamamilə yalan və əsassız olduğunu deyib: ?Mən bir daha təkrar edirəm, heç vaxt icra başçısı Ramiz Cəbrayılova qarşı nə bir qərəzim, nə də düşmənçiliyim olub. İnternet qəzetlərində mənim barəmdə əsası olmayan məlumatların yayılmasına qədər, heç vaxt onunla bağlı heç bir rəsmi çıxışım və ya şikayətim də olmayıb. Amma o, RİH-ın adı ilə yaydığı bəyanatda məni rayondakı qanunsuzluqlar haqqında dərc olunan haqlı məqalələrin təşkilatçısı kimi təqdim edir. Bununla əlaqədar demək istəyirəm ki, bu, tam yalandır. Mən onun rayondakı qanunsuzluqları ilə bağlı nə bir qəzetə, nə də hansısa rəsmi orqana şikayət etməmişəm. Ancaq görüşlərimizdə bu barədə söhbətlərimiz olub və məndən dəfələrlə şikayətçilərin susdurulması üçün öz nüfuzumdan istifadə etməyimi tələb edib. Lakin Ramiz Cəbrayılovun bu tələblərini obyektiv səbəblərdən yerinə yetirə bilməmişəm. Belə bir ərəfədə isə mənim, həmçinin rayonun baş həkiminin müavini və digər ziyalıları PKK terror təşkilatı ilə əlaqələndirib, guya Taxtakörpüdə etirazları təşkil etməkdə suçlayan xəbərlər dövriyyəyə buraxıldı. Martın 14-də RİH-in bəyanatında da mənim adımın çəkilməsi göstərir ki, belə təxribat xarakterli məlumatların qaynağı kimdir. Bəli, təsdiq olunur ki, Ramiz Cəbrayılov artan sosial gərginliyin qarşısını almaq üçün hər vasitəyə əl atır. Hətta rayonun ziyalılarını da belə şantaj xarakterli təhdidlərlə qorxutmaq istəyir. Amma bunun daha ağır fəsadlar verə biləcəyini nəzərə almırlar?.
Metodist deyib ki, RİH-in bəyanatında dövlət qulluğuna imtahan verə bilmədiyi haqda məqam da həqiqətə uyğun deyil: ?1998-ci ildən bu vəzifədə işləyirəm. Bəli, imtahan vermişəm, 69 bal mən, digər namizəd isə 73 bal toplayıb. Müsabiqədən də o, keçib. Bu o deməkdir ki, mənim savadım yoxdur? Əgər Ramiz Cəbrayılov savad söhbəti edirsə, o zaman ona saytınız vasitəsilə deyirəm: Ramiz müəllim, siz və komandanızın istənilən üzvü ilə debata hazıram. Əgər ətrafınızdan bir adam savad məsələsində mənə qalib gələrsə, həmin an diplomumu cırıb atmasam və üzr istəməsəm, o zaman istədiyiniz ifadəni haqqımda işlədə bilərsiniz?.
O ki qaldı vəzifə davası söhbətinə, müsahibimiz ?İnanın, bunların hamısı yalandır. Dəqiq bilirəm ki, Laçında vəzifə tutmaq üçün hansı addımları atmaq lazımdır. Vəzifə istəsəydim, həmin ?addımlar?dan birini atardım. Kim şikayət etməklə işlə təmin olunub ki? Görünür, artıq başlarını itiriblər və məni rayondakı gərginliyin təşkilatçısı kimi göstərirlər. Ancaq inanın, rayonda vəziyyət çox pisdir və burada mənlik heç nə yoxdur. Yaxşı olar ki, Ramiz Cəbrayılov maliyyə şöbəsinin müdiri ilə münaqişəsinə, rayonda yerlibazlıq siyasətinə, bir neçə ildə mədəniyyət idarəsinə 3 müdir təyin etməsinə və digər məsələlərə aydınlıq gətirsin. Bizə verilən evlərdən danışırlar. Əvvəla ev bölgüsü ailə üzvlərimizin sayına və statusuna görə düzgün aparılmayıb və bu barədə sizə bir dəfə danışmışam. Belə ucuz və əsassız danışmaqdansa, yaxşı olar ki, yerli adamlara, yəni məcburi köçkün olmayanlara hansı əsas və ya qanunla mənzil verdiklərinə aydınlıq gətirsinlər. Mən sizə yerli sakinlərdən mənzil sahibi olanların siyahısını təqdim edəcəyəm?, - deyə, bildirib.
Sonda Müqabil Baxışov icra başçısına MİA vasitəsilə mesaj da ünvanlayıb: ?Əgər bir daha barəmdə əsassız məlumatlar yayarlarsa, o zaman çox ?incə mətləblərə? toxunacağam. Başçı belə işlərlə məşğul olmaqdansa, rayondakı narazılıqları aradan qaldırmaq barədə düşünsün. Bir də bəzi qəzetlərdə RİH-in mövqeyini müdafiə edən yazının sonunda ?kim istəyirsə, gəlib yerində rayondakı vəziyyəti görə bilər? ifadələrinə rast gəlirəm. Mən elə başda ?Ədalət? qəzeti olmaqla, bütün qəzetlərin jurnalistlərini Taxtakörpüyə dəvət edirəm, gəlsinlər, onlara əsl həqiqəti göstərək??.
Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyəti başçısı son günlər bəzi kütləvi informasiya vasitələrində ilə rayondakı proseslərlə bağlı, həmçinin icra başçısı Ramiz Cəbrayılovun neqativ fəaliyyətindən bəhs edən məqalələrin dərcində birbaşa rayon sakini və hazırda Laçın rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən Müqabil Baxış oğlu Baxışov təşkilatçı kimi suçlayıb: ??Rayonda heç bir nüfuza malik olmayan və daim rayonla bağlı şantaj, iftira dolu əsassız şikayətlərin yazılmasının təşkilatçısı olan Müqabil Baxışovun əsas məqsədi bu gün Rayon Təhsil şöbəsinə müdir və ya 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri vəzifələrinə təyin olunmaqdan ibarətdir. Eyni zamanda bildirilir ki, guya Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən laçınlıların Taxta-körpü qəsəbəsində keçirmək istədikləri etiraz aksiyasının Suriyadan gələn PKK-çılarla yerli kürdlər tərəfindən təşkil edilməsi barədə informasiya dövriyyəyə buraxılıb. Bununla bağlı M.Baxışovun məqalədə dərc olunmuş məlumatı tamamilə yalan və iftiradır. Əksinə, kimlərinsə diktəsi ilə mətbuat vasitələrinin birində yayılmış bu məlumatla bağlı Rayon İcra Hakimiyyətinin başçısı həmin mətbu orqanının məhkəməyə verilməsi və bu məqalənin yazılmasını təşkil edənlərin cəzalandırılmasını tövsiyə edib. M.Baxışov dəfələrlə rayon İcra Hakimiyyətinə qəbula dəvət olunaraq ona qohumlarının vasitəsi ilə rayonla bağlı, həmçinin rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov barədə şantaj, böhtan dolu ərizələr yazdırtmasından əl çəkməsi və belə yolla vəzifə almasının yolverilməz olduğu onun diqqətinə çatdırılıb. M.Baxışov bir neçə dəfə Rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində işləmək üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən test imtahanlarında iştirak edib, lakin tələb olunan balı toplamadığı üçün bu vəzifəyə qəbul olunmayıb?.
RİH-in məlumatında deyilir ki, eyni zamanda məqalələrdə Müqabil Baxışovun atası Baxış Baxışovun Taxta-körpü ərazisində salınmış yeni evlərin paylanılması ilə əlaqədar şikayəti də dərc olunub: ?Bununla bağlı bildiririk ki, Taxta-körpü qəsəbəsində yeni inşa olunmuş 552 ailəlik qəsəbədə evlərin paylanışı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq Komissiyası tərəfindən həyata keçirilib. Baxış Baxışov və onun ailə üzvləri həmin qəsəbədə evlərlə təmin olunublar. Onlar üçün yaradılmış bu şəraitə baxmayaraq ehtiyac olmadığı üçün Müqabil Baxışov və atası Baxış Baxışov hazırda bu evlərdə yaşamırlar. Buna görə də məqalədə evlərin paylanılması zamanı yol verilən qanunsuzluqlar barədə yazılanlar həqiqətə uyğun deyil və bütün bunlar Müqabil Baxışovun öz şəxsi məqsədləri naminə həyata keçirdikləri şantaj dolu tədbirlərin tərkib hissəsidir?.