Azərbaycan Ordusunun əsgəri minaya düzdü

img

16-03-2012 [02:25]


Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, A. Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA