Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

img

16-03-2012 [12:20]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixlərini elan edib. Beləliklə, bu il ali məktəblərə qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək: III ixtisas qrupu üzrə - 1 iyul I ixtisas qrupu üzrə - 8 iyul IV ixtisas qrupu üzrə - 14 iyul II ixtisas qrupu üzrə - 20 iyul. Bu il ali məktəblərə sənəd qəbulu 10 aprel ? 16 may aralığında aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA