3 günlük dəyirmi masanı yekunlazıb

img

15-03-2012 [05:52]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ?Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı? çərçivəsində ?Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri? mövzusunda 3 günlük dəyirmi masanı yekunlaşdırıb. Tədbirdə iştirak edən ARGTMŞ-ın mətbuat xidmətinin rəhbəri Orxan Əli deyib ki, ?Hilton? otelində keçirilən 3 günlük tədbirdə yeni media ətrafında müzakirələr aparılıb. Bu gün ?Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri? mövzusunda müstəqil jurnalist, blogger Şahin Rzayev danışıb. Politoloq Zərdüşt Əlizadə isə ?Münaqişələrin tənzimlənməsində yeni medianın rolu?, ?İnformasiya təhlükəsizliyi konteksində sosial şəbəkənin rolu: risk və münaqişə? mövzusunda isə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təmsilçisi Nazim Mahmudov danışıb. Dəyirmi masa 3 günlük müzakirələrdə bloggerlik, sosial şəbəkələr və ənənəvi media məsələləri müzakirə edilib. Dəyirmi masanın moderatoru jurnalist İlhamiyə Rzayeva olub. Tədbirdə ekspert qismində www. kitabxana.net veb-layihəsinin rəhbəri Aydın Əbilov, müstəqil Jurnalist Seymur Kazımov, ?Həyəcan? ekoloji cəmiyyətinin sədri Əliheydər Məmmədov və Mobile Media Birliyinin Meneceri Vüqar Səfərovun maraqlı fikirlər səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA