Əli insanovun oğlunun ölkədən çıxmasına qadağa qoyulub

img

15-03-2012 [02:26]


Sabiq səhiyyə naziri, 11 il azadlıqdan məhrum edilən Əli İnsanovun oğlu Vidadi İnsanova ölkədən çıxmağı qeyri-rəsmi qadağan ediblər. Sabiq nazirin oğluna belə bir qadağa haqqında rəsmi qaydada heç bir məlumat verilmir. Ancaq o, bir neçə dəfə xaricə getmək istəsə də, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarıblar. Əli İnsanovla qohumluq əlaqəsi olan və adının çəkilməsini istəməyən şəxs Müstəqil İnformasiya Agentliyinə deyib ki, 2005-ci ildən bu günə kimi Vidadi İnsanova ölkəni bir dəfə də olsun tərk etməyə imkan verməyiblər: ?Çox maraqlıdır ki, bununla bağlı hər hansı rəsmi sənəd təqdim olunmur. Hər dəfə də deyirlər ki, ?sizin ölkədən çıxmağınıza qadağa var və bunu prokurorluqla aydınlaşdırın. Kompüterlərdə qadağa məlumatını kimin sifariş verdiyini və ya nəyin əsasında qoyulmasını isə indiyədək aydınlaşdırmaq mümkün olmayıb. Şübhəsiz ki, bu, siyasi qərardır və Əli İnsanova təzyiq etmək məqsədi daşıyır?. İnsanovun yaxını onu da bildirib ki, 2005-ci ilin oktyabrında - sabiq nazir həbs ediləndən dərhal sonra oğlu Daxili İşlər Nazirliyindəki vəzifəsindən də uzaqlaşdırılıb: ?Vidadi İnsanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyirdi. Onunla bərabər, Bakı şəhər Baş Polis İdarəsində işləyən əmisi oğlunu və digər qohumlarını da işdən çıxardılar. Vidadi İnsanov sonradan bizneslə məşğul olmaq istədi. Amma Vergilər Nazirliyi ona bu imkanı vermədi. V.İnsanovla bağlı olan ?İVƏO? (İnsanov Vidadi Əli oğlu) MMC-yə vergi basqıları səbəbindən bu biznesi də dayandırmaq məjburiyyətində qaldılar. Hazırda o və demək olar ki, əksər qohumları işsizdir. Ancaq bugünədək Vidadi İnsanovun haqqında hər hansı br cinayət işi açılmayıb. Ona görə də, onun ölkədən çıxmasına qadağa qoyulmasının səbəbini rəsmi şəkildə izah etmək mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA