?Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri?

img

15-03-2012 [12:48]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ?Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı? çərçivəsində ?Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri? mövzusunda növbəti dəyirmi masa keçirib. ARGTMŞ-dən verilən məlumata görə, ?Hilton ?otelində baş tutan görüşdə müstəqil jurnalist Seymur Kazımov ?Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri?, professor Niyazi Mehdi ?Mədəniyyətin mahiyyətində gizlənən düşməniçlik və Yeni Media?, Humanitar Tədqiqatlar Cəmiyyətinin Rəhbəri Əvəz Həsənov isə ?Münaqişənin tənzimlənməsində Yeni Medianın rolu? mövzusunda məruzələr ediblər. Mövzular ətrafında fikir mübadilələri aparılıb, bir sıra təkliflər səsləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA