Nazir Natiq Əliyevin oğlunun məhkəmə qalmaqalı

img

14-03-2012 [12:20]


Bir müddət əvvəl əvvəl Vergilər Nazirliyinin sənaye və energetika naziri Natiq Əliyevin oğlunun payçısı olduğu"Xətai Tikinti Mexanizasiya" ASC-nin əmlakını satışa çıxarması, sözügedən ASC-nin bir neçə qiymətləndirmə şirkətlərinə qarşı məhkəmə savaşı açmasına səbəb olub. Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, ?Xətai Tikinti Mexanizasiya? ASC-nin rəhbərləri hərraca çıxarılmış əmlakların qiymətləndirilməsi və satışını həyata keçirən ?Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti? MMC ilə ?Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi?ni məhkəməyə verib. ASC cavabdehlərdən hərrac və hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsini tələb edir: ?Lakin ?Xətai Tikinti Mexanizasiya? ASC-nin hər iki təşkilata qarşı qaldırdığı iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən rədd olunub. ASC rəsmiləri də bu qərarla razılaşmayıb, apellyasiya şikayəti veriblər. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır. Hakim mart ayının 15-də, saat 15.00-da şikayətlə bağlı növbəti prosesini keçirəcək. Həmin gün qərar da elan edə bilər?. Xatırladaq ki, nazir Natiq Əliyevin oğluna məxsus ?Qold İnvest" MMC-nin adıçəkilən ASC-də 10 faizlik payı olduğu bildirilir. Bu haqda səhmdarlar mətbuata dəfələrlə açıqlamalar verib. ASC-nin dəyəriinə gəldikdə isə, onun milyonlarla ölçülən avadanlıqları və hektarlarla torpaq sahəsi və digər daşınar və daşınmaz əmlakları da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA