Qənirə Pazayeva ?Türk Ocaqları?nın xüsusi ödülünə layiq görülüb

img

14-03-2012 [11:51]


?Türk Ocaqları? millət vəkili Qənirə Paşayevaya xüsusi mükafat təqdim edib. ?Türk Ocaqları?nın 100 illik yubileyi münasibəti ilə təsis edilən mükafatı yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ millət vəkilinə təqdim edib. ?Türk Ocaqları? İstanbul təşkilat başqanı Cezmi Bayram bildirib ki, millət vəkili Q.Paşayeva onunla birlikdə ?Türk Ocaqları?nın 100 illiyinin Azərbaycanda keçirilməsi təşəbbüsünün müəlliflərindən və əsas təşkilatçılarından biridir, ona görə də ?Türk Ocaqları? millət vəkilinin Türk dünyasının birliyi və bərabərliyi istiqamətində fəaliyyətini nəzərə alaraq onu bu mükafata layiq görüb. Qənirə Paşayeva ?Türk Ocaqları?nın mükafat layiq görülməkdən və mükafatı qardaş ölkənin baş nazir müavininin təqdim etməsindən məmnunluğunu ifadə edərək, ?Türk Ocaqları?nın 100 illik yubileyinin keçirilməsinə məhz Azərbaycanda başlamasını çox vacib və əhəmiyyətli, böyük bir hadisə adlandırıb. ?Bu gün Əli Bəy Hüseynzadənin, Əhməd Bəy Ağaoğlunun və ?Türk Ocaqları?nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür. Məhz onlar ?Türk Ocaqları?nın qurucuları olan silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətiriblər. Burada iştirak edən hər kəs çox bəxtiyardır ki, ?Türk Ocaqları?nın 100 illik şərəfli yubileyinin iştirakçısıdır. Heydər Əliyevin sözləri ilə desəm, ?Biz bir millət iki dövlətik? - deyə, Q.Paşayeva vurğulayıb. Millət vəkili bu tədbirlərin Azərbaycanda keçirilməsi işinə verdiyi dəstəyi özünə bir borc hesab etdiyini deyib və bildirib ki, bundan sonra da ?Türk Ocaqları? ilə əməkdaşlığı daha da geniş şəkildə davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA