Laçın Təhsil Şöbəsinin metodistindən icra bazçısına qarzı zok ittiham!

img

13-03-2012 [01:40]


Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovu sifarişli yazılar yazdırmaqda və rayonda bir sıra qanunsuzluqlarda ittiham edir. Müstəqil İnformasya Agentliyinə açıqlama verən Müqabil Baxışov bildirib ki, laçınlıların dünən Taxtakörpü qəsəbəsində keçirmək istədikləri etiraz aksiyası ilə bağlı ?Poliqon? İnformasiya Agentliyində yayılan məlumatda ?həmin aksiyanı Suriyadan gələn PKK-çılarla yerli kürdlər təşkil edib?,- ifadəsi, birbaşa rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun sifarişi ilə yazılıb: ?Bu, həm də mənə qarşı təxribat olmaqla yanaşı, eyni zamanda rayondakı gərginliyi başqa istiqamətə çəkmək məqsədi daşıyır. Fakt budur ki, camaat əlində Ümummilli Liderimiz Heydər Əliyevin portretləri ilə onun Fəxri Xiyabandakı məzarına piyada yürüş etmək istəyiblər. Ancaq inanın, mən o aksiyada nə iştirak etmişəm, nə də hansısa rolum olub. Düzdür, milliyyətçə kürdəm, amma bunun PKK-ya nə dəxli var? Bu, tamamilə məqsədli təxribatdır və şübhə etmirəm ki, bunu icra başçısı Ramiz Cəbrayılov təşkil etdirib. O, rayondakı gərginliyi və qanunsuzluqları belə təxribat xarakterli üsullarla pərdələməyə çalışır?. Metodist deyib k, onun ümumiyyətlə, Laçında kimsə ilə düşmənçiliyi olmayıb: ?Heç icra başçısına qarşı da hər hansı qərəzim və ya düşmənçiliyim yoxdur. Sadəcə, sakinlər arasında nüfuzum və hörmətim var. Mən camaatın obyektiv tələblərini, haqlı səslərini müdafiə etmişəm və edirəm də. Bu isə Ramiz Cəbrayılovun xoşuna gəlmir. Ona görə də, məni ?PKK? deyilən qurumla əlaqələndirməyə çalışır. İnanın, mən, hələ də həmin təşkilatın adını və məramını düz-əməlli bilmirəm. Heç bilmək də istəmirəm. Görünür, qohumlarımın haqlı şikayətləri ijra başçısını belə təxribatlara əl atmaq məcburiyyətində qoyub?. Başçının bu təxribatları digər hansı məqsədlə təşkil etdirməsinə gəlincə, müsahibimiz ?Mən heç vaxt icra başçısından rəsmi şikayətçi olmamışam. Atam Baxış Baxışov məcburi köçkünlər üçün tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlarla bağlı şikayətçi olub. Çünki bir subay bacımız və iki qardaşımızla birlikdə atama ikiotaqlı ev verilib. Bu və buna bənzər qanunsuzluqlarla bağlı atam şikayətçi olub. Buna görə də, dəfələrlə Ramiz Cəbrayılov məni qəbuluna çağırıb ?qohumların məndən şikayət edirlər?,- deyib və onların haqlı şikayətlərinin qarşısını almağı tələb edib. Mən də rayonda nüfuzu, hörməti olan bir insan kimi, nəinki ailəmizə qarşı, hətta evlərin paylanılmasında, təhsildə və digər sahələrdə baş verən qanunsuzluqların qarşısı alınmayana qədər, kimsəni mübarzədən çəkindirməyəcəyimi bildirmişəm. Mənə qarşı sifarişli yazıların ortaya çıxmasının da buradan qaynaqlandığına şübhə etmirəm?,- deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA