Həbsdəki baz redaktor ailə üzvlərini məhkəməyə verib

img

13-03-2012 [01:03]


Bir neçə maddə ilə həbs olunmuş ?İdeal? qəzetinin baş redaktoru Nazim Quliyev Azərbaycanın müxtəlif məhkəmə instansiyalarında ailə üzvlərinə qarşı iddialar qaldırıb. Məhbus baş redaktor məhkəmələrdən ailə üzvlərini, konkret olaraq qardaşı Bəhruz Quliyevlə anası Minurə Quliyevanı ona məxsus mənzillərdən və digər daşınmaz əmlaklardan məhrum etməyə çalışır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Nazim Quliyev Nəsimi Rayon Məhkəməsində qardaşı Quliyev Bəhruz Telman oğlu, anası Quliyeva Minurə Əbiş qızı və ailənin digər üzvlərinə qarşı ?Mənzildən çıxarılma və əmlakın qaytarılması? tələbindən bəhs edən iddia qaldırsa da, sözügedən məhkəmə instansiyası baş redaktorun tələbini qəbul etməyib. Odur ki, Nazim Quliyev qərardan apellyasiya şikayəti verib və hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə araşdırılır. Hakim iş üzrə martın 14-ü, saat 15.00-a iclas saatı müəyyən edib. Məhkəmədən aldığımız digər bir xəbərdə isə bildirilir ki, N.Quliyevlə ailə üzvlərinin arasındakı digər məhkəmə prosesinə martın 7-də Bakı Apellyasiya Məhkəməsində baxılıb: ?Martın 7-də hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə Nazim Quliyevin bu dəfə Yasamal Rayon Məhkəməsinin qərarından verdiyi şikayət üzrə qətnamə elan olunub. Baş redaktorun ?Azəriqazbank?da ipoteka edilmiş əmlakı ilə bağlı həm banka, həm qardaşı Bəhruz Quliyevə, həm də Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı ?Etibarnamənin və ipoteka müqaviləsinin etibarsız sayılması və əmlakın girovdan çıxarılması tələbi?dən bəhs edən şikayəti ilə bağlı elan olunan qərarda isə dəyişiklik edilməyib. Yəni, hakim Mədinə Bağırova Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb. Başqa sözlə, Nazim Quliyevin iddiasının əsassızlığı göstərilib?. Onu da nəzərə çatdıraq ki, ?Azəriqazbank? ASC də qarşılıqlı ərizə verərək, Nazim Quliyevlə Bəhruz Quliyevdən ipoteka qoyulmuş əmlakın satılmasını tələb edib. Lakin bu iddia da təmin olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA