Müdafiə Sənayesi Nazirliyi ilə DSMF arasında borc qalmaqalı yaranıb

img

12-03-2012 [01:10]


Yavər Camalovun naziri olduğu Müdafiə Sənayesi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında borc üstündə məhkəmə qalmaqalı yenidən start götürüb.Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, martın 14-də hakim Sərvət Hüseynovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyinin ?Optika-Mexanika? İstehsalat Birliyinin ?Alov? zavodunun şikayəti əsasında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə qarşı proses start götürəcək: ?Nazirliyin tabeliyində olan zavodun rəhbərliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qətnamədən narazıdır və bu üzdən də apellyasiya şikayəti verib. Şikayətçi tərəf Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin zavoda yönəlik sərəncamının etibarsız hesab olunması ilə bərabər, tətbiq olunmuş sanksiya və borcun ləğvini tələb edir?. Borcun məbləği bildirilməyib, amma dövlət qurumları arasındakı qalmaqala səbəbin təxminən 50 min manat olması barədə qeyri-rəsmi xəbərlər var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA