Türkiyədə girov qadınlarımızdan danızılıb

img

11-03-2012 [05:42]


8 Mart - Beynəlxalq Qadınlar Günü Türkiyədə yüksək səviyyədə qeyd olunub. Bayram münasibətilə Ankarada keçirilən tədbirdə azərbaycanlı qadınların problemləri də dilə gətirilib. Bu barədə Mia-ya Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı professor Xanım Xəlilova məlumat verib. X.Xəlilova deyib ki, Ankaradakı məşhur "Hilton" hotelində keçirilən konfransda Avropa Birliyi təmsilçiləri ilə yanaşı, Belçika, Türkiyə, Rumıniya, Bolqarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və İtalyada qadın hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər də iştirak ediblər: "Tədbirdə baş nazir Rəcəb Teyyub Ərdoğanı gənclər və idman naziri Suat Kılıc təmsil edirdi. Həmçinin AKP-ni Türkiyə parlamentində təmsil edən çoxlu sayda millət vəkili də konfransın işinə qatılmışdı. Mən öz çıxışımda Ermənistanın təcavüzü nəticəsində acınacaqlı vəziyyətə düşmüş azərbaycanlı qadınların üzləşdiyi problemlərə toxundum. Xüsusilə Xocalıda qətlə yetirilmiş, ailə üzvlərini, yaxınlarını itirmiş, ermənilər təərfindən girov götürülmüş qadınlar barədə ətraflı məlumat verdim. Bildirdim ki, bu ədalətsizliyə göz yuman dünya birliyinin qadın hüquqlarının müdafiəsindən danışmağa mənəvi haqqı yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA