Qadın haqları ilə bağlı gənclərə seminar keçirilib

img

10-03-2012 [01:19]


?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyinin sədri qadın haqları ilə bağlı gənclərə seminar keçib. Cəmiyyətimizdə qadınların rolu nədir? Cəmiyyətimizdə qadınların çoxu öz hüquqlarından xəbərsizdi. Əksər zorakılıqlar və hüquq pozuntuları elə buna görə baş verir. AEGEE-Bakı İnsan Hüquqları işçi qrupu bu problemin həllinə cəmiyyətin diqqətini çəkmək üçün qadın hüquqları ilə bağlı seminar təşkil etdi. Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi seminara Bakı Dövlət Universitetinin , Azərbaycan Texniki Universitetinin, eləcə də Azərbaycan Dillər Universitetinin tələbələrini seminara dəvət etdi. Seminarı ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova apardı. Görüşdə 28 tələbə iştirak edirdi. Seminarda gənclər arasında müzakirə zamanı stereotiplərlə bağlı fikir ayrılığı olmuş, gənclərin bəziləri qadın haqlarının pozulması, ailədə zorakılığın baş verməsində kişimərkəzçiliyi əsas gətirsə də, bəzi gənclər ailədə kişinin sözü keçərli olarsa, problemin olmayacağı fikrində qaldı. Bəzi gənclər isə qadınlara qarşı zorakılığın, hüquq pozuntusunun cəmiyyəti zədələdiyi fikrində dayandı. Müzakirə zamanı tələbə gənclərin aktivliyindən razı qalan təşkilat sədri Mehriban Zeynalova qadın haqları ilə bağlı Konvensiyanın irəli sürdüyü müddəaları müzakirə etmək üçün mütəmadi olaraq gənclərlə görüşlərin vacibliyini qeyd edərək bildirdi ki, bu kimi seminarlar gələcək ailə modelinin formalaşmağında böyük əhəmiyyət daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA