Bakıya güclü qar yağır

img

10-03-2012 [11:16]


Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıya yenidən qar yağmağa başlayıb. İntensiv qar yağışı paytaxtın bir çox hissələrində müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gün ərzində arabir güclənən şimal küləyi də əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarında da martın 10-da arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir. Qeyd edək ki, həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA