Sulu qar və qar yağacaq

img

09-03-2012 [01:41]


Sabah Bakıda və Abşeron yarımadasında hava az yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Abşeron yarımadasında temperaturun gecə 0?-yə yaxın, gündüz 2-5? isti, Bakıda isə gecə 0?-yə, gündüz 2-4? isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 olacaq. Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 2-7? şaxta, gündüz 3-8? isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Temperaturun gecə 7-12? şaxta, gündüz 0-4? şaxta olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 0-5? şaxta, gündüz 3-8? isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur gecə 4-8? şaxta, gündüz 3? dərəcə şaxtadan 2?-dək isti, dağlarda gecə 7-12? şaxta, gündüz 0-4? şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16? şaxta olacağı gözlənilir. Ağdaş, Mingəçevir, Yevlax,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 2? şaxtadan 3? -dək isti, gündüz 5-10? isti olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik,Yardımlı rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturun gecə 0-3? isti, gündüz 5-9? isti, dağlarda gecə 1-6? şaxta, gündüz 0-3? isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA