?Təmiz Dünya? Qadınlara Yardım ictimai Birliyi anım günü keçirib

img

07-03-2012 [04:08]


?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyinin ofisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə evdə, ailədaxili zorakılıq nəticəsində öldürülmüş qadınların anım günü keçirilib. Təşkilata mütəmadi olaraq psixoloji və hüquqi yardım üçün gələn qadınların iştirakı ilə keçirilən görüşdə qadın həmrəyliyindən və ailədaxili zorakılıqla birgə mübarizədən, qadın haqları ilə bağlı maarifləndirmə işinin icmalı ilə bağlı söhbətlər aparılıb. Görüşün ümumi nəticəsi: ?Qarşıdan 8 mart gəlir. Bütün dünyada olduğu kimi Azərbaycan qadınları da tarixə qadınlar günü kimi düşən bayramı qeyd edir. Bəs bizdə necə? Hamı bu bayramı qeyd edə biləcəkmi? Qeyd edənləri bayram münasibəti ilə təbrik edib qeyd edə bilməyənlər haqda yazırıq. Statistika göstərir ki, ölkədəki qadınların 32 %- i tənha qadınlardır. Daha dəqiqliklə desək, tək ailə başçısı olan qadınlardır. Bu siyahıya əri vəfat etmiş, eləcə də, boşanmış qadınlar daxildir ki, onlar da az təminatlı ailələr hesab olunurlar. Bayramı pis və ya yaxşı keçirmək şansından ömürlük məhrum edilənlər isə yaxın qohumları, əsasən də əri, qardaşı, atası və.s tərəfindən namussuz damğası yapışdırılaraq öldürülən 14 qadın da var siyahımızda. Stereotiplərin, adını mentalitet qoyduğumuz yalnız insanların həyatını ağırlaşdırmaqdan başqa heç nəyə yaramayan məhkumun qurbanı olan qadınlar bu il öz günlərini qeyd edə bilməyəcək. Neçə uşaqlar anasız böyüyəcək, onlara anaları namussuz olduğu üçün öldürüldü deyiləcək. Mənəvi şikəstlik yaşayacaq. Neçə analar ləkələnib öldürülmüş qızını ağlamaqdan utanacaq. Biz bu ilki 8 martı öldürülmüş qadınların anım gününə həsr edirik. Onların öldürülməsi təkcə bir ailəni, bir nəsli yox, genafondu, ailə təməlinin kökünü sarsıdır. ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi olaraq bu ilki 8 mart beynəlxalq qadınlar günü bizim üçün öldürülmüş qadınların anım günüdür. İctimaiyyətin diqqətini ağrılı məqama çəkməyi özümüzə borc bilirik. Qadın haqlarını müdafiə etmək ancaq yaşayanlara aid deyil. Ölümündən sonra belə, haqsız yerə adına ləkə atılan qadınların haqlarını qorumaq da eyni taleyi yaşamamaq üçün , siyahının artmaması üçün hamımızın borcudur.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA