Sabah hava kəskin soyuyacaq, qar yağacaq

img

07-03-2012 [01:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək. Belə ki, martın 8-dən etibarən Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Məlumata görə, yaxın günlərdə ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Ölkənin şimal rayonlarında yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10 şaxtadan 4 dəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA