Xəbərdarlıq; meteohəssas adamlar üçün əlverizsi hava

img

06-03-2012 [09:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Martın 06-dan 08-dək Abşeron yarımadasında mart ayı üçün səciyyəvi olan dəyişkən hava şəraiti, arabir güclənən şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA