Hacıbala Abutalıbov: "Iki bina tam söküləcək"

img

06-03-2012 [12:04]


Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki yamacın yuxarısında tikilən üç binadan ikisinin sökülməsinə qərar verilib. Bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. "Yamacın yuxarısında tikilmiş 3 binadan ikisinin sökülməsinə qərar verilib. Sökülmə indi həyata keçirilməyəcək, çünki hazırda sökülmə torpaq sürüşməsinə müəyyən qədər təkan verə bilər. Amma stabil vəziyyət yaranandan sonra həmin iki bina tam söküləcək", - Abutalıbov əlavə edib. Qeyd edək ki, həmin ərazı Bakının aktiv sürüşmə zonası hesab edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA