Azərbaycanda daha iki teleradio zirkətinin lisenziyasının müddəti uzadılıb

img

05-03-2012 [04:14]


Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. Şuradan MİA-ya verilən məlumata görə, iclasda ?Alternativ? Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin (Gəncə) və ?Xəyal? Müstəqil Teleradio Şirkətinin (Quba) regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması ilə bağlı müraciətlərinə baxılıb. MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş ?Milli Televiziya və Radio Şurası haqqında əsasnamə?nin 8.9-cu bəndini əsas tutaraq ?Alternativ? və ?Xəyal? televiziyalarının regional televiziya yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA