insan alveri qurbanlarına yardım edildi

img

03-03-2012 [02:40]


Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarına Kömək Fondu tərəfindən insan alveri və potensial qurbanların ehtiyaclarının qiymətləndirilməsi prosesi həyata keçirilib. Bu barədə MİA-ya məlumat Təmiz Dünya Qadınlara Kömək ictimai birliyindən verilib. Ehtiyacların qiymətləndirilməsi əsasında qurbanlar və potensial qurbanların övladları üçün məktəbli formasına olan ehtiyacları müəyyənləşdirilib. Ehtiyacların qiymətləndirilməsi prosesində həmçinin İnsan alveri ilə mübarizə üzrə QHT Koalisiyasının resurslarına baxılıb və orta ümumtəhsil məktəbləri ilə işləyən ?Azərbaycan Valideyn?Müəllim Assosasiyası? İctimai Birliyi bu ehtiyacın ödənilməsi üçün tərəfdaş seçilib. ?Azərbaycan Valideyn ?Müəllim Assosasiyası? İctimai Birliyi öz tərəfindən əməkdaşlıq etdiyi ?BAKI TİKİŞ EVİ ? ATSC fabrikinə müraciət edib və həmin qurum tərəfindən 905.0 manat məbləğində 26 dəst məktəbli forması tikilərək Kömək Fonduna verilib. Məktəbli formaları qurbanlar və potensial qurbanların uşaqları olan 26 nəfərə paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA