Iki əsgərimiz zəhid olub

img

03-03-2012 [02:19]


Azərbaycan Ordusunun iki əsgəri şəhid olub. Hadisə martın 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində baş verib. Şəhid olan əsgərlər 1993-ci il təvəllüdlü, Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vüqar Bəxtiyar oğlu Dibilov və 1992-ci il təvəllüdlü, Qusar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Seyidəli Şıxislam oğlu Şidəliyevdir. Ans-in bölgə müxbirinin yerli sakinlərdən aldığı məlumata görə, Ermənistan hərbçiləri bir müddət Milli Ordunun mövqelərini işıq saçan güllələrlə atəşə tutublar, sonra isə yaylım atəşi açıblar. Rayon İcra Hakimiyyətindən də iki əsgərin şəhid olması faktı təsdiqlənib. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA