Torpaqlar, mezələr, milli sərvətlər xalqa qaytarılmalıdır"

img

03-03-2012 [03:21]


Bu gün İctimai Palatanın Quba hadisələrinə həsr olunmuş növbədənkənar iclası olub. İctimai Palatanın Koordinasiya Şurası məlumatları dəyərləndirərək Quba əhalisinin mövqeyini və tələblərini birmənalı şəkildə müdafiə etdiyini bildirir. Ölkədə hökm sürən qanunsuzluq, istismar, xalq və dövlət əmlakını talan edilməsi, məmur oliqarx dairələrinin qudurğanlığı, cəzasızlıq və harınlıq sonda xalqın şərəf və ləyaqətini təcavüzə gətirib çıxarmışdı. Quba əhalisi yalnız Qubalıların yox, bütün Azərbaycan xalqının şərəf və ləyaqətini müdafiə etmişdir və buna görə bütün Azərbaycan xalqı onlara minnətdardır. İctimai Palata hesab edir ki, Qubalıları müdafiə etmək, onları tam mənəvi, siyasi, hüquqi dəstək vermək və bütün Azərbaycan xalqının vəzifəsidir. İctimai Palata hadisələr günü həbs olunmuş şəxslərin azad edilməsini pozitiv addım hesab edir. Eyni zamanda, hakimiyyət Respublika Prokurorluğunun və DİN-in yaydığı açıqlamalarda anonsu verilən repressiv addımlardan çəkinməyə çağırır. İctimai Palata bəyan edir ki, repressiyalara laqeyd qalmayacaqdır və Quba əhalisinin müdafiəsi üçün bütün mümkün hərəkətləri edəcəkdir. İctimai Palata Azərbaycan iqtidarını xəbərdar edir ki, Quba hadisələri bütün Azərbaycanda mövcud olan vəziyyətin əyani nümayişdir. Ciddi, köklü, əsaslı sosial, iqtisadi və siyasi islahatlar həyata keçirilməzsə, bu tipli hadisələr bütün Azərbaycanda təkrarlana bilər. Bir ovuc oliqarx məmurun mənimsəyib ələ keçirdiyi torpaqlar, meşələr, milli sərvətlər xalqa qaytarılmalı, siyasi və iqtisadi azadlıqlar təmin edilməli, ölkədə seçkili orqanlar millətin etmadına əsasən formalaşdırılmalıdır. İctimai Palatanın təklif etdiyi ?Demokratiyaya keçidin yol xəritəsi? bu cür islahatlar proqramının hazırlanması üçün əsas götürülə bilər. İctimai Palata digər təqdim edilə biləcək layihələri də müzakirəyə hazır olduğunu bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA