Prezidentdən gənclərə 5 milyon manat

img

02-03-2012 [10:25]


Azərbaycan prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının dəstəklənməsi üçün Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA