?5 Mart ? Bədən Tərbiyəsi və idman günü?nə həsr olunmuz tədbir

img

02-03-2012 [04:26]


?İdman ili? ilə bağlı tədbirlər çərcivəsində Bakının mərkəzi rayonu olan Səbail rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayon ictimaiyyətin nümayəndələrinin, ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənclərin və idmançıların iştirakı ilə Əl Oyunları Sarayında ?5 Mart-Bədən Tərbiyəsi və İdman günü?nə həsr olunmuş böyük bədii-kütləvi idman tədbiri keçirilib. Tədbirdən əvvəl bayramsayağı bəzədilmiş Əl Oyunları Sarayının foyesində gənc şahmatçılar və damaçıların yarışmaları keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. İlk növbədə salonda səslənən vals musiqisi sədaları altında idman-bal rəqsləri klublarının cütlükləri rəqs edirlər. ?Attila? İdman Klubu cüdoçuları, peşəkar ?Rabitə? klubunun voleybolçuları, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Gimnastika məktəbinin gimnast qızları və akrobatika gimnastları nümunəvi çıxışları, ?Təbəssüm? rəqs qrupunun üzvləri isə rəqsləri ilə tamaşaçılar qarşısında çıxış etdilər. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları tədbiri daha rəngarəng etmiş, tamaşaçıların alqışları ilə müşayət olunmuşdur. Tədbirin rəsmi hissəsini açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ?5 Mart ? Bədən Tərbiəsi və İdman günü? münasibəti ilə gəncləri və bütün idmansevərləri təbrik etmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə olan qayğsı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləmiş, idmançıların beynəlxalq yarışlarda uğur qazanmaları üçün çox işlər görmüşdür. Ulu öndərin davamçısı Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə nə qədər böyük beynəlxalq nüfuza malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Güclənən Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledci rol oynayıb. Paytaxt Bakı və bölgələrdə inşa edilərək idmançılarımızın ixtiyarına verilən müasir Olimpiya İdman kompleksləri, müxtəlif idman arenaları və bazalar ölkədə həyata keçirilən nəhəng infrastruktur bazası yaradılması siyasətinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində 30-dan çox müasir Olimpiya İdman Kompleksi inşa edilərək idmançılarımızın ixtiyarına verilib. Dövlət başçısı tərəfindən 2012-ci ilin ?İdman ili? elan olunması cəmiyyətin fiziki kamilləşməsinə istiqamətlənən bu siyasətin addım-addım hədəflənən məqsədə doğru getdiyini göstərir. Bu gün Azərbaycan idman ictimaiyyətinin qarşısında növbəti məqsəd durur - 2020-ci il Olimpiya Oyunlarını qəbul etmək. Azərbaycan inkişafına, gücünə arxalanaraq Olimpiya Oyunları kimi dünyanın ən nüfuzlu idman yarışını qəbul etmək iddiasını ortaya qoyub. Dünya, Avropa çempionatlarını, A kateqoriyalı beynəlxalq yarışları uğurla qəbul edən ölkəmiz idman sahəsində Avropanın mərkəzlərindən, iqtisadi inkişafa görə dünyanın lider dövlətlərindən biridir. Rəsmən namizədliyini irəli sürmüş Bakıda bir neçə möhtəşəm idman kompleksinin tikintisi planlaşdırılır. Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan nəhəng infrastruktur layihələri ölkəmizin Olimpiya Oyunlarını qəbul etmək iddiasını gücləndirir. Bu işlərin həyata keçirilməsində isə Səbail rayonunun gəncləri, idmançıları və ictimaiyyəti ölkə başçısının ən yaxın köməkçisi olacaqlar. Tədbirdə idmanda fərqlənən bir qrup Səbailli gəncə və idman məşqçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA