?Hakimiyyət xalqın səsinə qulaq asmalıdır"

img

01-03-2012 [05:05]


İctimai Palata bu gün Qubada baş verən hadisələrlə əlaqədar bəyanat verib. Bəyanatda rayon əhalisinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir və hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır: ?İctimai Palatanın Koordinasiya Şurası daxil olan məlumatları öyrənməkdə davam edir. Lakin istənilən halda aydındır ki, Qubada baş verənlər hakimiyyətin xalqazidd siyasətinin və məmur-oliqarx özbaşnalığının məntiqi nəticəsi və xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişidir?. İctimai Palata bəyanatda Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırıb, hakimiyyəti hadisələrdən düzgün nəticələr çıxarmağı, problemləri həll etməyi tələb edib: ?Hakimiyyət xalqın səsinə qulaq asmalı, yalnız Qubada deyil, bütövlükdə ölkəmizdə köklü dəyişikliklərin zərurətini dərk etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA