Ziya Məmmədov camaatın önünə çıxdı və üzr istədi

img

01-03-2012 [03:22]


Ən son xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun yandırılan evinin qarşısında toplaşan etirazçılarla görüşüblər. Onlar etirazçıların qarşısında çıxış ediblər. Öncə qubalılardan icra başçısı Rauf Həbibovun adından üzr istəyən Z. Məmmədov bildirib ki, bu məsələ ilə bağlı aidiyyati qurumlarda araşdırmalar aparılır. Nazir qubalılara təmkinli olmağı və problemləri müzakirə yolu ilə həll etməyi məsləhət görüb. Nazir etirazçılardan təxribata uymamağı xahiş edib. Millət vəkili Vahid Əhmədov da etirazçılara səbrli olmağı məsləhət bilib. Millət vəkili aksiyada saxlanılan 4 nəfərin də azad ediləcəyini deyib. Nazirin və millət vəkilin çıxışından sonra etirazçılar dağılışmağa başlayıb. İcra başçısının isə İcra Hakimiyyətinin binasında olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA