Qubalılar ayağa qalxdı, bazçının evini yandırdılar

img

01-03-2012 [01:08]


Bu gün Quba rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz ediblər. Ans-in bölgə müxbirinin verdiyi məlumata görə, insanlar öncə səhər saatlarında mərkəzi meydanda, məscidin qarşısında toplaşıblar. Etirazçıların əsas tələbi R.Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılması olub. Qəzəblənmiş etirazçılar daha sonra Quba rayonu İcra Hakimiyyətinin qarşısına toplaşıb. Quba rayon İcra Hakimiyyətinin başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O, üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılmayıblar. Onları dağıtmaq istəyən polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Etirazçılar İcra Hakimiyyətinin içərisinə girərək, qonaq otağını dağıdıblar. Etirazçılar icra hakiminin istefaya getməsini tələb ediblər. Etirazçıları dağıtmaq üçün əraziyə Daxili Qoşunların əsgərləri cəlb olunub. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Qeyd edək ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qubalıların ünvanına bir sıra ittihamlar səsləndirən video yazısı internetdə yayımlanıb. .... Son məlumata görə, etiraz edənlərr RİH başçısı Rauf Həbibovun evini yandırıblar.#601;vv

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA