Təhsil idarəsi Baz Polis idarəsi ilə birgə məktəblilərlə bağlı reydlərə bazlayacaq

img

01-03-2012 [01:00]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə paytaxtın bütün ərazilərində yerləşən internet klublarda və internet kafelərdə reydlərə başlayacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, reydlərin keçirilməsində məqsəd internet klublarda vaxt keçirən şagirdləri müəyyənləşdirməkdir. Polis əməkdaşları ilə birgə keçiriləcək reydlər zamanı internet klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb-yayınmadığı dəqiqləşdiriləcək. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Bunun nəticəsində də işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaqlar. Əgər şagirdin ümumiyyətlə məktəbə getmədiyi müəyyən edilsə, dərhal onun valideyninə məlumat veriləcək, valideynlərlə iş aparılacaq. Reydlərin yaxın günlərdə başlanması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA