QHT Şurasının üzvlüyünə seçkilərin ilkin nəticəsi açıqlandı

img

29-02-2012 [09:26]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə iki ixtisaslaşmış QHT qrupunda seçkilər keçirilib. İnsan hüquqları və demokratiya qrupu üzrə 61 QHT nümayəndəsi və 4 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazanıb: Məmmədov Sahib Məlik oğlu (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri) -52 səs, Təmrazov Rafiq Qafar oğlu (?Bərabər İmkanlar? İctimai Birliyinin sədri) ? 25 səs, Nurullayev Nəsrulla Nəsrulla oğlu (Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri ) ? 17 səs. Ailə, qadın və uşaq məsələləri qrupu üzrə 71 QHT nümayəndəsi və 6 namizədin (1 nəfər öz namizədliyini səsvermədən öncə geri götürdü) iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı: Mirzəzadə Rəna Rza qızı (Gender və İnsan hüququ Araşdırma Birliyinin sədri) ? 36 səs, Quliyev Nazir Yunis oğlu (?Hüquq dünyası? Hüquqi Təbliğat İctimai Birliyinin sədri) ? 30 səs, Əliyeva Kəmalə Natiq qızı (Qadın və Uşaqların problemlərinin Araşdırılması İctimai Birliyinin sədri) ? 23 səs. Növbəti iki qrupda seçkilər 1 mart 2012-ci ildə olacaq. Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında mediaya açıq şəraitdə keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA