YAP Gənclər Birliyinin rayon və zəhər təzkilatı sədrlərinin ümumrespublika müzavirəsi keçirilib

img

29-02-2012 [05:21]


Fevralın 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bir il bundan əvvəl partiyanın Gənclər Birliyinin hesabat-seçki konfransının keçirildiyini və konfransda seçkili orqanların yenidən formalaşdığını xatırladıb. Əli Əhmədov bildirmişdir ki, ötən bir il ərzində YAP Gənclər Birliyi bir çox əhəmiyyətli, maraqlı layihələr həyata keçirmiş, eləcə də, beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində vacib addımlar atılmışdır. Onun sözlərinə görə, bu gün keçirilən müşavirədə əsas məqsəd yeni seçilmiş seçkili orqanların fəaliyyətinə nəzər salmaq, gənclərin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməkdən ibarətdir. ?YAP Gənclər Birliyi kifayət qədər geniş və fəal təşkilatdır. Eləcə də, rayon və şəhər təşkilatlarının gənclər birliklərinin də fəaliyyəti genişlənmişdir. Bu amil onların ictimai-siyasi proseslərdə daha fəal iştirakı üçün baza yaradır. Ümumilikdə, partiyamızın sıralarına daxil olan insanların içərisində gənclər üstünlük təşkil edir. Bu ondan xəbər verir ki, YAP-ın həyata keçirdiyi siyasət Azərbaycan gənclərinin böyük bir hissəsini maraqlandırır və gənclərimiz məmnuniyyətlə öz siyasi talelərini partiyamızla bağlayırlar. Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan gənclərinin böyük hissəi Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərində iştirak etmək məqsədilə YAP sıralarına qoşulmaq kimi çox düzgün yol tutublar?- deyə Əli Əhmədov vurğulamışdır. YAP Sədrinin müavini qeyd etmişdir ki, Azərbaycanda gənclərə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə xüsusi yer tutur. Gəncliyin inkişafı istiqamətində dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlərin reallaşdığını xatırladan Əli Əhmədov bu prosesin davamlı olduğunu bildirmişdir. ?Hazırda YAP üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu isə o deməkdir ki, partiyamızın sıralarında on minlərlə gənc birləşib. Bu, sadəcə statistika deyil, gənclərin dövlətimizin və partiyamızın həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir. YAP-ın sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi fəallığını artırmaq üçün böyük bir meydana çevrilib. Beləliklə, YAP Gənclər Birliyi Azərbaycan gəncliyinin əhəmiyyətli bir hissəsini öz sıralarında birləşdirir və ölkəmizin ictimai-siyasi həyatında gənclərimizin yaxından iştirak etməsinə böyük töhfələrini verir. Gənclərin partiyamızın sıralarında olması cəmiyyətdə özlərini təsdiq etmək baxımından da əhəmiyyətlidir?- deyə YAP Sədrinin müavini vurğulamışdır. Qarşımızda əzəmətli vəzifələrin dayandığını deyən Əli Əhmədov ölkəmizin hərtərəfli inkişaf etdiyini qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır və dünya miqyasında böyük nailiyyətlər qazanılır. ?Təbii ki, Azərbaycanın daha da yeniləşməsi, modernləşməsi üçün qarşımızda mühüm vəzifələr dayanır və gənclərimiz bu prosesdə fəal iştirak etməlidirlər?- deyə YAP Sədrinin müavini bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA