Fransada Konstitusiya Şurasından ermənilərə zərbə

img

28-02-2012 [08:06]


Fransa Respublikasının Konstitusiya Şurası bir qədər öncə müzakirlərdən sonra Senatın qondarma ?erməni soyqırımı?nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanununu ləğv edib. Qeyd edək ki, Senatın qəbul etdiyi ermənipərəst qanunun ləğv edilməsi üçün bir qrup fransız senator lazımı qədər imza toplayaraq onu Konstitusiya Şurasına təqdim etmişdi. Fransa Konstitusiya Şurasına edilən müraciətdə 77 senatorun imzası var idi. Həmin müraciətdə qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğu səbəbi ilə ləğv edilməsi istənilmişdi. Ləğv olunan qanun layihəsi qondarma ?erməni soyqrımı?nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro cərimə olunmasını nəzərdə tuturdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA