Martın 1-dən havalar pisləzəcək

img

28-02-2012 [02:01]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə fevralın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraitinin qısa icmalına gəlincə isə fevralın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin martın 1-dən hava şəraitinin dəyişiləcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA