Şəxsiyyət vəsiqələrində dəyiziklik edilib

img

28-02-2012 [12:59]


Azərbaycanda şəxsiyyət vəsiqələrində ünvan haqqında informasiya kod şəklində göstəriləcək. Bu barədə jurnalistlərə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin rəhbəri Ramiz Quliyev bildirib. "Yeni şəxsiyyət vəsiqələrində ünvan hazırkı formada göstərilməyəcək. Ünvan barədə informasiya elektron şəkildə göstəriləcək. Küçələrin adları əvəzinə onların kodları veriləcək", - Quliyev deyib. Azərbaycanda ünvan reyestrinin yaradılması çərçivəsində hər bir küçənin, daşınmaz əmlak obyektinin hər bir çıxışının öz nömrəsi olacaq. Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə 2014-cü il yanvarın 1-dən başlanacaq. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək. 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA