?Hüquq və təhlükəsizlik? anım tədbiri keçirib

img

27-02-2012 [11:48]


Bu gün ?Hüquq və təhlükəsizlik? jurnalı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə jurnalın əməkdaşları ilə yanaşı hüquqşünaslar, faciə qurbanlarını yaxınları iştirak ediblər. Tədbirdə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı barədə videofilm nümayiş etdirilib. Tədbirdə çıxış edən ?Hüquq və təhlükəsizlik? jurnalının baş direktoru Əlizadə Nəcəfov bildirib ki, Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşdülər. Digər çıxış edənlər də bu soyqırımı insanlığa qarşı yönəlmiş cinayət adlandırmışlar. Bir fikir vurğulanmışdır ki, soyqırımı cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan bu gün də Azərbaycana qarşı soyqırımı, terror və işğalçılıq siyasəti yeritməklə, beynəlxalq ictimaiyyətə meydan oxuyur. Ermənistan yeganə dövlətdir ki, öz Konstitusiyasında yaxın qonşu dövlətə - Türkiyəyə qarşı əsassız ərazi iddiasını ortaya qoymuşdur. Ermənistan nəinki Azərbaycan və Türkiyəyə, eyni zamanda Gürcüstana qarşı da ərazi iddialarını gizlətmir. Bu gün ASALA, "Daşnaksütyun" və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı inkaredilməz faktların mövcudluğu erməni millətçiliyinin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir. Qeyd edək ki, ?Hüquq və təhlükəsizlik? jurnalı 23.02.2011-ci ildə dövlət qeydiyyatından keçib və fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA