Bakıda yüzminlik Xocalı yürüzü

img

26-02-2012 [12:08]


Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu saatlarda Bakıda yürüş-mitinq keçirilir. Aksiyanı Azərbaycan hökuməti təşkil edib. Yürüş Bakının ən böyük meydanı ? Azadlıq meydanından start götürüb. Aksiyada hökumət nümayəndələri, deputatlar, jurnalistlər, QHT təmsilçiləri və ictimaiyyət iştirak edir. Yürüşə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Yürüş metronun ?Xətai? stansıyası yaxınlığında yerləşən Xocalı abidəsini ziyarətlə başa çatacaq. Yürüş iştirakçılarının əllərində "Xocalı soyqırımını unutma!", "Xocalıya Ədalət!" və digər şüarlar var. Yürüş matəm musiqisilə müşayiət olunur. Yürüşlə əlaqədar saat 7:30-dan Azneft dairəsindən Xətai prospektinədək avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam edir. Yüz minlərlə insan soyqırımı abidəsini ziyarət edir. Abidənin önünə tər çiçəklər qoyulur, şəhidlərin ruhuna dualar oxunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA