Qobustan həbsxanasında intihar

img

25-02-2012 [01:25]


Fevralın 24-də Penitensiar Xidmətin Qobustan həbsxanasında intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həbsxanada cəza çəkən 1959-cu il təvəllüdlü Eminov Qədir Qurbanəli oğlu özünü dəmir barmaqlıqdan asıb. 53 yaşlı Q.Eminov adyaldan ip düzəldib və dəmir barmaqlığa keçirərək özünü asıb. Onun meyitini məhbuslar aşkarlayıb və nəzarətçilərə xəbər veriblər. Məlumata görə, Q.Eminov ömürlük həbs cəzasına məhkum edilibmiş. 1998-ci ildən həbsxanada olan Q.Eminov 14 il imiş ki, cəza çəkirmiş(lent.az). Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA