Fuad Muradov Avropada Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə qatılacaq

img

24-02-2012 [04:12]


Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq ölkəmizlə yanaşı Azərbaycandan kənarda da bir sıra tədbirlər həyata keçirilir. Fevral ayının 26 - 27-də Heydər Əliyev Fondu və ?Xocalıya ədalət? kampaniyasının təşkilatçılığı ilə Latviya və Estoniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcək. İlk olaraq fevralın 26-da Latviyanın paytaxtı Riqa şəhərində təbdir olacaq. Tədbirdə "Avronest" PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Millət vəkili Fuad Muradov, bu ölkədə fəaliyyət göstərən diaspora nümayəndələri, Latviya Parlamentinin deputatları, ictimai və siyasi xadimlər iştirak edəcəklər. Tədbirdə millət vəkili Fuad Muradov Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edəcək. Fevral ayının 27-də növbəti tədbir Estoniyanın paytaxtı Tallin şəhərində baş tutacaq. Bu tədbirdə Estoniyanın parlament nümayəndələri ilə yanaşı Avropa Parlamentinin deputatları, siyasi xadimlər də iştirak edəcəklər. "Avronest" PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Millət vəkili Fuad Muradov ?Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə? mövzusunda məruzə ilə çıxış edəcək. Tədbirdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin də məruzəsi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA