Bakıda bəzi yollar bağlanacaq

img

24-02-2012 [02:54]


Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək yürüşlə əlaqədar fevralın 26-da Bakının bəzi küçə və prospektləri bağlanacaq və avtomobillərin hərəkəti dayandırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək tədbirdə iştirakçıların təhlükəsizliyini təmin etmək və onların rahat, fasiləsiz hərəkətini təşkil etmək məqsədilə fevralın 26-da səhər saat 07:30-dan tədbir başa çatanadək bu istiqamətdə Xocalı prospekti, Xocalı parkına gələn yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Xocalı prospekti istiqamətinə yürüşlə əlaqədar Azadlıq meydanından Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, Heydər Əliyev prospekti ilə 10-cu zavod dairəsi, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsi, Nəcəfqulu Rəfiyev küçəsi ilə Nobel prospektinin kəsişməsindən Xocalı prospektinə, həmçinin Xocalı prospekti ilə kəsişən Sergey Senyuşkin, Fəzail Bayramov, Natiq Əliyev, Ayaz İsmayılov, İzzət İsmayılov, Yeryomenko küçələrindən avtomobillərin hərəkətinə tam məhdudiyyətlər qoyulacaq. Eyni zamanda, Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, eləcə də Cavanşir körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Xaqani, Puşkin, Keykab Səfərəliyeva küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyətlər qoyulacaq. Yol polisi bununla əlaqədar olaraq qeyd olunan istiqamətlərə əhalidən şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini, ya da alternativ yollara üstünlük vermələrini tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA