Flora Kərimova və Faiq Ağayev davası Avropa Məhkəməsinə gedir

img

24-02-2012 [11:36]


Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayevin məhkəmə çəkişməsi davam edir. Flora Kərimova Azərbaycanda məhkəmənin çıxardığı qərardan narazı qaldığını və Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağını bildirib: ?Mənim işimə hakimlər qeyri-obyektiv baxdılar və haqsız qərar çıxardılar. Bu qərarla razılaşa bilmərəm. Buna görə də qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyəm. Qanunu pozan hakimlər Avropa Məhkəməsi qarşısında cavab verəcəklər. Məhkəmələr belə haqsız qərarlar çıxarmaqla dövləti Avropa Məhkəməsi qarşısında pis vəziyyətə salır?. Qeyd edək ki, xalq artistlərinin məhkəmə çəkişməsi 3 ildən çoxdur, davam edir. Onlar məhkəmə qarşısında qarşılıqlı iddia qaldırmışdılar. F.Kərimovanın F.Ağayevin onu təhqir etməsi iddiası ilə məhkəməyə etdiyi şikayət təmin olunmayıb(lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA