Türkiyədə Xocalıya həsr olunmuz aksiya keçiriləcək

img

23-02-2012 [06:59]


[b]Aksiyada Xocalı faciəsinin BMT tərəfindən soyqırım kimi tanınması da tələb olunacaq [/b] Xocalı soyqırımının 20-ci ildönümü qardaş Türkiyədə də qeyd olunacaq. Sabahdan etibarən Türkiyənin müxtəlif şəhərlərində anım tədbirləri keçiriləcək. Bu barədə qəzetimizə D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri, professor Xanım Xəlilova məlumat verib. X.Xəlilova deyib ki, qonşu ölkədə Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirləri təşkil etmək üçün Təşkilat Komitəsi yaradılıb: "Artıq bir neçə gündür ki, mən və Türk Dünyası İnsan Haqları Dərnəyinin başqanı Abdullah Buksür Türkiyənin aparıcı siyasi partiyalarının və ictimai təşkilatlarının rəhbərləri ilə görüşlər keçiririk. Son bir həftədə AKP-nin baş katibi Haluk İpək və başqan müavini Hüseyn Tanrıverdi, Nazirlər Kabinetinin müşaviri Saadettin Kılıç, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, Türk Ocaqları başqanı Nuri Gürgür, Keçiörən bələdiyyə başqanı Mustafa Ak, Türkiyə Elm Xadimləri İttifaqının sədri Şükrü Koç, Demokrat Partiyasının başqanı Namiq Zeybək və başqa tanınmış şəxslərlə görüşərək, onları Xocalı faciəsilə bağlı keçirəcəyimiz tədbirlərə qatılmağa dəvət etmişik. Türk Dünyası İnsan Haqları Dərnəyinin dəstəyilə baş tutacaq anım tədbirlərində Türkiyənin siyasi elitasının yüksək səviyyədə iştirakı nəzərdə tutulub". X.Xəlilova bildirib ki, Təşkilat Komitəsi BMT-nin Türkiyə nümayəndəliyinin qarşısında keçiriləcək mitinqə xüsusi hazırlıq görür. Onun sözlərinə görə, minlərlə insanın iştirak edəcəyi aksiyada Xocalı faciəsinin BMT tərəfindən soyqırım kimi tanınması tələb olunacaq: "Xocalıya həsr olunmuş tədbirlər çərçivəsində 24-25 fvralda Ankaranın mərkəzindəki Qızılay Meydanında fotosərgi təşkil olunacaq. Həmçinin, Xocıla faciəsinin soyqırım kimi tanınması tələbilə imzatoplama kampaniyasına başlayacağıq. Ankaranın mərkəzi küçələrinin birində çadır qurmaq üçün artıq şəhər bələdiyyəsinə rəsmi qaydada müraciət etmişik. Həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətin diqqətini erməni vandalizminə yönəltmək üçün əlimizdən gələni edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA