Səbail rayonunda Almaniyalı ictimai xadim Rolf Kunzun Xocalı faciəsinə həsr olunmuz kitabının təqdimatı keçirilib

img

23-02-2012 [03:42]


Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda geniş şəkildə keçirilir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı toplantılar, dəyimi masalar, sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciəyə həsr olunmuş sərgilər təşkil olunub. Tədbirlər planı çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ?Hilton-Baku? mehmaxanasında rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, din xadimləri, bir çox ictimai təşkilat və birliklərin, həmçinin çoxsaylı mətbuat işçilərinin iştirakı ilə Almaniyanın Maqdeburq şəhərindən gəlmiş ictimai xadim, Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşun Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar alman dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar və qonaqlar mehmanxananın foyesində təşkil olunmuş Xocalı faciəsinə həsr olunmuş foto stendlər və kitab sərgisi ilə tanış olmuşlar. Tədbirin əvvəlində faciə zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dqiqəlik sükutla yad olunmuş, soyqırım faciəsinə həsr olunmuş film nümayiş etdirilmişdir. Təqdimat mərasimini giriş sözü ilə açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Faciənin 20-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixli sərəncam imzalanmış və bu faciənin ildönümünün ölkə miqyasında geniş şəkildə qeyd olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Keçirilən bu təqdimat mərasimi ölkə başçısının sərəncamına uyğun olaraq Səbail rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planı çərçivəsində keçirilir. Qeyd olunmuşdur ki, almaniyalı ictimai xadim, Maqdeburq şəhəri Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunş Almaniyanın Zaxsen-Anhalt Əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Jəmiyyəti ilə əməkdaşlıq edir, cəmiyyətin tədbirlərində iştirak edir və cəmiyyətin dəstəyi ilə ilk dəfə olaraq alman dilində Xocalı faciəsi ilə bağlı kitab nəşr edilmişdir. Həmin kitabın müəllifi Rolf Kunş, Zaxsen-Anhalt Əyaləti Alman-Azərbaycan Mədəniyyət Jəmiyyətinin sədri Yaşar Niftəliyev və səmiyyətin üzvü, peşəkar boks üzrə İBO İnterkontinental çempionu Azad Əzizov Bakıya dəvət olunmuş və bu gün təqdimat mərasimində iştirak edirlər. Təqdimat mərasimində Yazıçılar İttifaqının katibi, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisn deputatları Hüseynbaba Mirələmov və İlham Əliyev çıxış edərək kitab barəsində öz təəssüratlarını bildirmiş, kitabın Xocalı soyqırımının dünya miqyasında tanınması, erməni vəhşiliklərinin dünya xalqlarına çatdırılması işində böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, müəllifə öz minnətdarlıqlarını bildirmişlər. Sonda kitabın müəlliyifi Rolf Kunş çıxış edərək Xocalı faciəsi ilə yazılan kitabın ərsəyə gəlməsi, ona bu işdə yardımçı olanlar barədə məlumat vermişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA