Xocalı faciəsinin ildönümü ilə bağlı ?Qərb? Universitetində tədbir keçirilib

img

22-02-2012 [04:31]


Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı sərgilər təşkil olunur. Həmin tədbirlər çərçivəsində Səbail rayon Gənclər və İdman İdarəsi, ?Qərb? Universiteti və ?Nurlu sabah? Gənclərə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci il dönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbir faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı və ?Qərb? Universiteti tələbələrinin hazırladıqları faciəyə həsr olunmuş fideo-film nümayiş etdirildi. Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixli sərəncam imzalanmış və bu faciənin ildönümünün ölkə miqyasında geniş şəkildə qeyd olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Sərəncamın icrası ilə bağlı hər yerdə tədbirlər keçirilər, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı işlər görülür. Tədbirdə çıxış edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini Faiq Qurbanov, politoloq Fikrət Sadıxov, BDU-nin dosenti, tarix elmləri doktoru Təranə Zeynalova, ?Qərb? Universitetinin tələbəsi Ruhanə Paşazadə və başqaları faciənin tarixi, baş vermiş erməni vəhşilikləri barədə məlumat verdilər. ?Nurlu sabah? Gənclərə Qayğı İctimai Birliyinin sədri Nicat Xəlilov İB tərəfindən hazırlanmış ?10 səbəb? layihəsinin təqdimatını keçirdi, faciəyə həsr olunmuş film nümayiş etdirildi və AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi, elmlər doktoru Emin Məmmədzadə Azərbaycan və Ermənistanın hazırki vəziyyətini əks etdirən statistik məlumatları toplaşanların nəzərinə çatdırdı. Sonda ?Qərb? Universiteti tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirildi və tələbələrin sualları cavablandırıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA